Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

7 Oktyabr 2025 11:14 (UTC+04:00)

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 7-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Xidmətdən SİA-ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 6-da bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti saniyədə Xızıda 20, Bakıda və Abşeron yarımadasında 19 metrədək güclənib.