"Artıq ölkəmiz təkcə regionda deyil, dünyada öz layiqli mövqeyini tutmaqdadır" - Eldar Quliyev

7 Oktyabr 2025 10:27 (UTC+04:00)

"İki qardaş ölkənin rəhbər nümayəndələrinin, müxtəlif dövlətlərdən gəlmiş nümayəndə heyətlərinin ölkəmizdə olması bizi sevindirir. Bu gün burada iştirak edən bütün nümayəndələri – qardaş Türkiyədən, dostuq Gürcüstandan, Rumıniyadan, Qazaxıstandan, Yunanıstandan gələn qonaqları səmimiyyətlə salamlayıram və "Xoş gəlmisiniz!" deyirəm". Bu sözləri SİA-nın verdiyi məlumata görə, iclas zamanı QDİƏT-in Azərbaycan nümayəndə heyyətinin rəhbəri Eldar Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan hər keçən gün inkişaf edir. Artıq ölkəmiz təkcə regionda deyil, dünyada öz layiqli mövqeyini tutmaqdadır. Sosial, iqtisadi və humanitar sahələrdə əldə olunan nailiyyətlər beynəlxalq qurumların diqqətindədir. Son zamanlar Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayı artıb. Bu da Azərbaycanın nüfuzunun artmasından xəbər verir: "Məsələn, hazırda Qəbələdə Türk Dövlətləri Təşkilatının yüksək səviyyəli toplantısı keçirilir. Eyni zamanda Gəncə şəhərində digər beynəlxalq formatda tədbir baş tutur. Bu faktlar Azərbaycanın həm sabit, həm də beynəlxalq əməkdaşlığa açıq bir ölkə olduğunu göstərir. Bizim üçün vacib məsələlərdən biri də "Türk Mühasibatlıq Sistemi"nin formalaşdırılmasıdır. Bilirsiniz ki, 1968-ci ildə ABŞ-ın Vaşinqton şəhərində Donald Trampın da iştirak etdiyi tədbirdə Azərbaycan nümayəndə heyəti mühüm sənədlər imzalamışdı. Bu prosesin davamı olaraq, hazırda Türk Mühasibatlıq Sistemi üzərində ciddi işlər aparılır. Eyni zamanda qeyd etməliyəm ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı görülən işlər yalnız Azərbaycanın deyil, geniş coğrafiyanın maraqlarına xidmət edir. Bu yol Yaponiyadan başlayaraq Çinə, oradan isə Avropaya qədər uzanan mühüm bir nəqliyyat arteriyası ola bilər. Bu baxımdan, Zəngəzur dəhlizi strateji əhəmiyyət daşıyır və regionun gələcəyinə mühüm töhfələr verəcək. Sonda bütün əməkdaşlara və tədbir iştirakçılarına təşəkkür edir, işlərində uğurlar arzulayıram. Qoy, bu kimi beynəlxalq platformalarda birliyimiz, əməkdaşlığımız daha da möhkəmlənsin".