AZCON Holding şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 944 min sərnişin daşıyıb, bu da illik müqayisədə 17% artım deməkdir. ADY-dən SİA-ya verilən məlumata görə, bu ilin 9 aylıq ümumi sərnişindaşıma göstəricisi (7 156 851 sərnişin) isə keçən ilin müvafiq dövrünün nəticələrini 20% üstələyib.