Dünya bazarlarında neftin bahalaşması davam edir

7 Oktyabr 2025 09:03 (UTC+04:00)

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin dekabr müqaviləsinin dəyəri 0,15% artaraq 1 barelə görə 65,57 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,16% artaraq 61,79 ABŞ dollarına bərabər olub.