Azərbaycanəsilli müğənni keçmiş xanımını məhkəməyə verdi

7 Oktyabr 2025 03:48 (UTC+04:00)

Azərbaycanəsilli rusiyalı müğənni, teleaparıcı, aktyor və komik Timur Rodrigez (əsl adı Timur Kərimovdur - red.) keçmiş xanımı Anna Devoçkinanı məhkəməyə verib. SİA xəbər verir ki, Rodrigez tutulan alimentin məbləğinin məhkəmə vasitəsilə dəyişdirilməsini istəyir. İş üzrə məhkəmə 2025-ci il noyabrın 10-na nəzərdə tutulub.

Xatırladaq ki, Rodrigezin Devoçkina ilə nikahdan Migel və Daniel adlı iki oğlu var. Şoumen 2023-cü ildə 16 illik evlilikdən sonra Anna Devoçkinadan boşandığını açıqlamışdı.