Meksika polisi sabiq futbolçu Omar Bravonu azyaşlıya qarşı seksual zorakılıqda şübhəli bilərək həbs edib. SİA xəbər verir ki, bu barədə Xalisko ştatının prokurorluğu məlumat yayıb. 45 yaşlı Bravonun son aylar ərzində yeniyetməyə qarşı dəfələrlə zorakı hərəkətlər etdiyi, həmçinin daha əvvəl də oxşar cinayətlər törətmiş ola biləcəyi ehtimal olunur. O, Sapopan bələdiyyəsində saxlanılıb və yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. Bravo “Qvadalaxara” klubunun əfsanəsi və tarixində ən çox qol vuran futbolçudur. O, həmçinin Meksika millisinin heyətində 2004-cü il Olimpiadasında və 2006-cı il dünya çempionatında iştirak edib.