Basketbolçu qızlarımız MDB Oyunlarında gümüş medal qazanıb

6 Oktyabr 2025 19:12 (UTC+04:00)

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə qızların yarışına yekun vurulub.

SİA xəbər verir ki, finalda Azərbaycan və Rusiya yığmaları qarşılaşıb. Görüş rəqibin 19:13 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycan millisi gümüş medalla kifayətlənib. Oğlanlardan ibarət yığma isə yarışı 4-cü sırada başa vurub.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.