...Ukrayna Silahlı Qüvvələri yeni - kiber qüvvələr yarada bilər.
SİA xəbər verir ki,Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Telegram kanalında yayılan məlumatda deyilir ki, bu barədə qanun layihəsinə oktyabrın 7-də Ali Rada baxacaq.
...Ukrayna Silahlı Qüvvələri kiberməkan imkanlarını inkişaf etdirməyə davam edir, - deyə məlumatda bildirilir.
Oktyabrın 7-də Ali Radada 12349 saylı “Ukrayna Silahlı Qüvvələrinin Kiberqüvvələri haqqında” qanun layihəsinin birinci oxunuşuna baxılması planlaşdırılır.
O, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mütəxəssislərinin daxil olduğu işçi qrup tərəfindən hazırlanıb. Ukraynada kiberqüvvələrin yaradılması 2024-cü ilin oktyabrında təklif edilib.
Həmin vaxt hərbçilər parlament üzvləri ilə silahlı qüvvələrin yeni qolu ilə bağlı konsepsiyaları müzakirə ediblər.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı aydınlaşdırıb ki, layihə aparıcı ölkələrdə kiberqüvvələrin təşkili təcrübəsi nəzərə alınmaqla nəzərdən keçirilib.
Əli Babayev