Terrorçular Amerikanın Venesueladakı səfirliyini bombalamağı planlaşdırır; Milli Assambleyanın spikeri Xorxe Rodrigesə istinadən "Al Arabiya"nın verdiyi məlumata görə, Venesuela hakimiyyəti artıq ABŞ-a mümkün hücum barədə xəbərdarlıq edib.
SİA xəbər verir ki, Rodrigezin sözlərinə görə, sağçı ekstremistlər “yalançı bayraq əməliyyatı” planlaşdırırlar.
O, əlavə məlumat verməyib.
Bu arada Vaşinqton və Karakas arasında münasibətlər hazırda ABŞ-ın narkotik kartelləri ilə mübarizə aparmaq üçün bölgəyə hərbi kontingent göndərməsi səbəbindən gərginləşib. ...Washington Examiner-in məlumatına görə, Amerika qoşunları Venesuelada bir neçə obyekti ələ keçirmək üçün artıq əməliyyata başlamağa hazırdır.
Əli Babayev