Ruslar Ukraynadakı müharibənin pulunu ödəməyə məcbur olacaqlar...

6 Oktyabr 2025 17:46 (UTC+04:00)

Rusiyada gələn il başlayacaq vergi artımlarının yeni dalğası 2026-cı il büdcəsinə 2,3 trilyon rubl əlavə gəlir gətirəcək. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə maliyyə naziri Anton Siluanov bazar ertəsi Federasiya Şurasındakı çıxışında bildirib.

O xatırladıb ki, əsas diqqət ƏDV dərəcəsinin 20 faizdən 22 faizə qaldırılmasına yönəlib ki, bu da öz növbəsində biznesə və qiymətlərə təsir edəcək.

...ƏDV şirkətlərin maliyyə nəticələrinə təsir edə bilər; biz onun inflyasiyaya təsirini 1 faiz civarında təxmin edirik, biz bunu əmək haqlarının və əhaliyə sosial ödənişlərin indeksləşdirilməsi üzrə proqnozlarımıza daxil edirik.

Siluanovun sözlərdir.

Büdcə qanununa izahat qeydinə görə, səlahiyyətlilər artan ƏDV hesabına gələn il əlavə 1,189 trilyon rubl yığmağı gözləyirlər.

...Biz gələn il büdcə gəlirlərini artıracaq vergi dəyişikliklərinin ümumi həcmini 2,3 trilyon rubl təşkil edəcək, - Siluanov bildirib.

ƏDV-yə əlavə olaraq, kiçik biznes üçün köklü vergi islahatı xəzinədarlığa əlavə gəlir gətirəcək: gələn ildən sadələşdirilmiş vergi sistemi ilə fəaliyyət göstərən gəlir həddini ildə 60 milyon rubldan 10 milyon rubla endirəcək.

Bundan başqa, hazırda sığorta haqlarını 7,6 faiz güzəştli tariflə (dərəcə 15 faizə yüksələcək) ödəyən İT şirkətləri üçün vergi güzəştlərinin ləğvi nəzərdə tutulur.

Əli Babayev