Azərbaycanın basketbol millisi III MDB Oyunlarının finalına yüksəlib

6 Oktyabr 2025 16:34 (UTC+04:00)

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir. SİA xəbər verir ki, qızların mübarizəsində Azərbaycan millisi yarımfinalda Özbəkistanla qarşılaşıb. Görüş yığmamızın 21:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin finaldakı rəqibi Rusiya - Belarus matçından sonra bəlli olacaq. Oyun saat 16:25-də start götürəcək.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.