Oktyabrın 5-də paytaxtın Qaradağ rayonu ərazisində yerləşən kərpic zavodunda təmir işləri apararkən 1996-cı il təvəllüdlü Əfqan Babayevin dam örtüyündən yıxılması nəticəsində ölməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilib.