Şabranda ağaca çırpılan minik avtomobilinin sürücü ölüb

6 Oktyabr 2025 14:25 (UTC+04:00)

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Şabran rayonunun Şahnəzərli kəndi ərazisində “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü – Quba rayonunun Kələnov kənd sakini Elşən Rzabala oğlu Rzaquliyev hadisə yerində ölüb.

Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyiti çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.