Qaradağda usta zavodun damından yıxılaraq ölüb

6 Oktyabr 2025 10:34 (UTC+04:00)

Qaradağda 29 yaşlı kişi damdan yıxılaraq ölüb. SİA xəbər verir ki, hadisə rayonun Sahil qəsəbəsində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü Əfqan Babayev kərpic zavodunun dam örtüyünü təmir edərkən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.