Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir. SİA xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 194 (105-55-34) medalla liderdir.
Azərbaycan 161 medalla ikinci pillədə qərarlaşıb: 29 qızıl, 46 gümüş və 86 bürünc medal. Üçüncü yerdə isə Belarusdur – 101 (27-26-48) medal.
Bu günə qədər III MDB Oyunlarında 10 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, yarışlarda 13 ölkənin atletləri iştirak edir.