Nyu-York birjasında təbii qazın qiyməti artıb

6 Oktyabr 2025 09:36 (UTC+04:00)

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2,83% artaraq 3,418 ABŞ dolları təşkil edib.