Qəzzada müharibəyə son qoymaq üçün aparılan danışıqlar çox uğurlu alınıb - Tramp

6 Oktyabr 2025 03:52 (UTC+04:00)

HƏMAS və bir sıra ölkələrin Qəzzada müharibəyə son qoymaq üçün apardığı danışıqlar çox uğurlu alınıb və sürətlə davam edir. SİA-nın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb.

O bildirib ki, texniki qruplar bazar ertəsi Misirdə yenidən bir araya gələcək və son təfərrüatları dəqiqləşdirəcək.

“Mənə dedilər ki, birinci mərhələ bu həftə tamamlanmalıdır və mən hamıdan sürətlə hərəkət etməyi xahiş edirəm. Mən bu çoxəsrlik münaqişəyə nəzarət etməyə davam edəcəyəm. Zaman çox vacibdir, yoxsa daha çox qan töküləcək”,-deyə Tramp əlavə edib.