...Çin ixrac məhdudiyyətlərini sərtləşdirdi və bu, Rusiyanın 3-4 mikron dəqiqliklə Çin dəzgahlarını əldə etməsini praktiki olaraq qeyri-mümkün etdi. Bu barədə “Tatpromstan” şirkətinin sahibi İldar Nuriyev TEMP metal emalı və aşqar texnologiyaları forumunda məlumat verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Moscow Times yazır.
...Çin yüksək texnoloji avadanlıqların tədarükünü məhdudlaşdırıb, baxmayaraq ki, bu, nadir hallarda qeyd olunur. Əvvəllər 3-4 mikron dəqiqliklə dəzgahlar əldə etmək mümkün idisə, artıq mümkün deyil. Xüsusi ixrac lisenziyası almaq lazımdır.
Bunu Nuriyev bildirib.
O, həmçinin qeyd edib ki, hətta Çindən artıq alınmış avadanlıqların ixracı da “xoşagəlməz hadisələrlə” müşayiət olunmağa başlayıb.
Nuriyevin şirkəti Çin texnologiyası əsasında dəzgahların lokallaşdırılması üzrə ixtisaslaşıb və o, bu məhdudiyyətləri Pekinin Rusiya şirkətləri ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək istəməməsinin əlaməti kimi qiymətləndirir.
Yüksək dəqiqlikli avadanlıqların tədarükünə qoyulan məhdudiyyətlər ölkələr arasında ticarətin ümumi azalması ilə üst-üstə düşdü.
Çin gömrük məlumatlarına görə, 2025-ci ilin avqustunda Rusiya bazarına Çin mallarının tədarükü illik müqayisədə 16,4 faiz azalıb.
Bu, iyulda müşahidə edilən 8,6 faiz azalmadan iki dəfə çoxdur.
Ümumilikdə, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ilin ilk səkkiz ayında demək olar ki, 9 faiz azalaraq 1,03 trilyon yuana (təxminən 145 milyard dollar) düşüb.
Rusiyanın Çinə ixracı 8,8 faiz, Çinin Rusiyaya idxalı isə 8,2 faiz azalıb.
Qaydar İnstitutunun ekspertləri qeyd edirlər ki, Çin faktiki olaraq bütün növ Rusiya xammalının alışını azaldıb.
2025-ci ilin yanvar-may aylarında neft daşınması 11 faiz, neft məhsulları 28 faiz, mayeləşdirilmiş təbii qaz 13 faiz, taxta və kömür 10 faiz azalıb.
Əli Babayev