Dövlət İmtahan Mərkəzi tərəfindən 5 oktyabr 2025-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, imtahan elektron formada Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 2 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 8 imtahan rəhbəri, 42 nəzarətçi, 7 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Tapşırıqların 30-u qapalı, 10-u açıq tiplidir. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.