...Türkiyə Qadın və Demokratiya Fondu (KADEM) İstanbulda keçirilən “Qadın və Ailə” foto müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edib.
SİA-nın məlumatına görə, bu barədə “Sabah” xəbər verir.
Qeyd edək ki, 2025-ci il Türkiyədə “Ailə ili” elan edilib, ölkə daxilində mövzulu tədbirlər keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd qadınların ailədaxili yorucu və təmənnasız gündəlik işlərinə diqqət çəkmək, insanlara onu tanımaq və qiymətləndirməyi öyrətmək olub. Müsabiqədə münsiflər heyətinə 2023 fotoşəkil təqdim edən ümumilikdə 865 fotoqraf iştirak edib.
KADEM sədri Canan Sarı qeyd edib ki, “...Biz builki müsabiqənin mövzusu olaraq qadınların ailələri ilə münasibətlərini seçdik, çünki fotoqrafiya bir anın mahiyyətini əks etdirir. Tək bir kadr zamanı dayandıra, özünü zehnə həkk edə və cəmiyyətin kollektiv yaddaşını formalaşdıra bilər”.
Müxtəlif nominasiyalarda qalib gələn fotoşəkillər İstanbulda və Türkiyənin 57 vilayətində təşkilatın ofislərində ictimaiyyətə nümayiş etdiriləcək.
Canan Sara mükafatlandırma mərasimindəki açılış nitqinə Fələstindəki vəziyyətlə bağlı çıxışı ilə başlayıb.
O, KADEM-in 12 ildir türk qadınlarının ləyaqətlə yaşamasına necə kömək etdiyindən danışıb.
“Qadınlar innovasiyada” layihəsi vasitəsilə biz qadın sahibkarları dəstəkləyirik.
“Gələcəyə başla” layihəsi qızlara müstəqil həyata hazırlaşmağa kömək edir. Türkiyənin hər yerində qadınlara dəstək mərkəzləri yaratmağa davam edirik.
Canan Sara deyib bunu.
Nazlı Almuradova