Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində qılıncoynatma üzrə yarışlar davam edir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə İdman Sarayında reallaşan yarışlarda Azərbaycan qılıncoynadanları Zərifə Hüseynova və Valentina Zeynalova yarımfinalda sablya növündə rusiyalı rəqiblərinə məğlub olaraq bürünc medal qazanıblar.