...Milli Səhiyyə Agentliyi (ANSP) araşdırma apardı və dəhşətə gəldi: ölkədə hər 13 ölümdən biri (7,7 faiz) spirtli içkilərlə bağlıdır. Bundan əlavə, 2019-cu ildə Moldova alkoqol istehlakına görə Avropada üçüncü yeri tuturdusa, bu gün ölkə 10-cu yerə düşüb.
Bu o deməkdir ki, bütün dünyada spirt istehlakı artır. Moldovada orta hesabla alkoqol istehlakı 15 yaşdan yuxarı adam başına ildə 11,1 litr təşkil edir.
SİA-nın məlumatına görə, vəziyyət yeniyetmələr arasında xüsusilə narahatedicidir: HBSC Moldova 2022 araşdırmasına görə, 11-17 yaşlı hər üç yeniyetmədən biri ən azı bir dəfə spirtli içki qəbul edib və oğlanların 11-i və qızların isə 7 faizi tamamilə sərxoş olduğunu etiraf edib.
Bununla belə, böyüklər arasında həddindən artıq spirt istehlakının nisbəti azalıb: STEPS araşdırmasına görə, bir dəfə altı və ya daha çox içki içən insanların nisbəti 2013-cü ildəki 19,9 faizdən 2021-ci ildə 13,8 faizə düşüb.
Əli Babayev