Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

5 Oktyabr 2025 14:58 (UTC+04:00)

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən xəbərə görə, oktyabrın 6-da Abşeron yarımadasında mülayim xəzri küləyinin gündüz arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.