Azərbaycan cüdoçuları qarışıq komanda yarışında finala yüksəliblər

5 Oktyabr 2025 13:48 (UTC+04:00)

III MDB Oyunları çərçivəsində cüdo üzrə qarışıq komanda yarışları davam edir. SİA xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan düyüşlərdə yığmamız yarımfinalda Tacikistan seçməsinə 7:3 hesabı ilə qalib gəlib.

Millimizin finaldakı rəqibi Özbəkistan komandası olacaq. Özbəklər yarımfinalda Rusiya cüdoçularını 7:5 hesabı ilə məğlub ediblər.

Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.