Oktyabrın 4-ü şənbə günü axşam saatlarında yeni Miss Rusiya titulunun sahibi elan olundu.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ölkənin ən gözəl qadını Moskva vilayətini təmsil edən 22 yaşlı Anastasiya Venza olub.
Onun münsifləri necə valeh etdiyi və bu günə qədər əldə etdiyi moda nailiyyətləri barədə Lenta.ru xəbər verir.
Qeyd edək ki, Anastasiya etiraf edir ki, o, hələ də qələbəsinə inana bilmir. O, ilk onluğa düşəcəyinə əmin idi, lakin ilk üçlük arasında olacağına şübhə edirdi. O, uğurunun sirri kimi qətiyyətini və balanslaşdırılmış şəxsiyyətini, özünə inamını və təbii gözəlliyini hesab edir.
Nazlı Almuradova