Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq

5 Oktyabr 2025 09:35 (UTC+04:00)

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. SİA-nın məlumatına görə, son olaraq iki oyun keçiriləcək.

Günün ilk matçında "Karvan-Yevlax" "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək. Yevlax təmsilçisi 5 xalla 10-cu, qonaqlar 8 xalla 6-cı pillədə qərarlaşıb. Bakı klubunun ehtiyatda bir oyunu var

Tura Qəbələdə yekun vurulacaq. Şəhərin eyniadlı komandası "Şamaxı" ilə üz-üzə gələcək. Bu görüş saat 17:30-da başlayacaq. Meydan sahibləri 4 xalla 11-ci, qonaqlar 6 xalla 9-cudur.

Misli Premyer Liqası

I dövrə, VII tur

5 oktyabr

15:00. "Karvan-Yevlax" – "Sabah"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Namiq Əliyev.

Şamaxı şəhər stadionu

17:30. "Qəbələ" – "Şamaxı"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "İmişli"ni (2:0), "Qarabağ" "Kəpəz"i (1:0), "Turan Tovuz" "Sumqayıt"ı (3:0) məğlub edib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.