Azərbaycan badmintonçusu finala yüksəlib

4 Oktyabr 2025 21:28 (UTC+04:00)

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında badminton yarışları davam edir.

SİA xəbər verir ki, Azərbaycan idmançısı Leyla Camalzadə fərdi yarışlarda belaruslu Mariya Vajnikə qalib gələrək finala vəsiqə qazanıb.

Oktyabrın 5-də keçiriləcək final qarşılaşmasında badmintonçumuzun rəqibi rusiyalı Marina Tarasova olacaq.