"Mançester Yunayted"dən icarəyə götürülmüş "Barselona"nın hücumçusu Markus Raşford bu mövsüm 30-40 məhsuldar ötürmə etməyi qarşısına məqsəd qoyub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki,bu barədə məlumatı "Mundo Deportivo" paylaşıb.
Bildirilir ki, İngiltərə millisi üzvü son üç mövsümdə bütün yarışlarda 27 məhsuldar ötürmə etməsinə baxmayaraq, buna nail olacağına əmindir.
Qeyd edək ki, "Barselona"nın 27 yaşlı hücumçusu bu günə kimi La Liqa və Çempionlar Liqasında 9 matçda 5 məhsuldar ötürmə edib. Həmin oyunlarda da iki qol da vurub. "Transfermarkt" Raşfordun dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.