Orban Ukraynanın mövcudluğunun məqsədini açıqlayıb...

4 Oktyabr 2025 18:15 (UTC+04:00)

Budapeştə Ukrayna Macarıstan və Rusiya arasında bufer zona kimi lazımdır.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.

Onun sözlərinə görə, məhz buna görə Ukraynanın mövcudluğu Budapeştin strateji maraqlarına uyğundur. Bundan əvvəl Orban qeyd edib ki, onun ölkəsi Ukraynanın Avropa İttifaqına üzvlüyünə etiraz etmək hüququna malikdir. Hökumət başçısı bəyan edib ki, Budapeştlə Kiyevin eyni ittifaqın tərkibində olmasını istəmir.

Bundan başqa, Macarıstanın baş naziri hesab edir ki, onun həmvətənləri Ukraynanın taleyini bölüşmək istəmir və onun maraqları uğrunda canlarını qurban verirlər.

O izah edib ki, Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünə razılıq versə, Rusiya ilə müharibə vəziyyətində olacaq.

Əli Babayev