...Əksər münasibətlər rəsmi dağılmadan çox əvvəl uğursuz olur. Son araşdırmalara görə, cütlüklərin ayrılması yeddi aydan iki ilə qədər çəkə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Forbes jurnalı yazır.
Münasibətinizin sağlam olub olmadığını və ya sadəcə belə göründüyünü anlamaq üçün psixoloqlar özünüzə və tərəfdaşınıza üç sual verməyi tövsiyə edir.
1. "Biz hələ də bir-birimizlə açıq və dürüstük?"
Tədqiqatlar göstərir ki, vacib olan fikirlərin tam uyğunluğu deyil, ünsiyyətdə dürüstlük və səmimiyyət hissidir. Partnyorunuz həqiqəti söylədiyinizə inandıqda, münasibətdən məmnunluq artır.
2. "Problemlər yarananda biz komanda şəklində işləyirikmi?"
90 cütlüyün təhlili göstərdi ki, uğurlu münasibətlər dinləmə bacarıqları, lazımsız münaqişələrdən qaçmaq, kompromislər tapmaq və mübahisələri tez həll etmək üzərində qurulur.
Əgər kimsə bütün ağırlığı çəkdiyini hiss edirsə, bu, xəbərdarlıq əlamətidir.
3. "Mən özümü gələcəkdə bu insanla xoşbəxt görürəmmi?"
Uzunmüddətli uyğunluq təkcə hisslərlə bağlı deyil, həm də dəyərlər və məqsədlərlə bağlıdır.
Sevginin səy tələb etdiyinə və zamanla inkişaf etdiyinə inanan cütlüklər daha uzun müddət razı qalırlar.
Nazlı Almuradova