Türkiyədə kimya zavodunda partlayış olub, ölənlər var

4 Oktyabr 2025 13:25 (UTC+04:00)

Türkiyənin Kocaeli vilaytənin Dilova rayonunda kimya zavodunda partlayış baş verib. SİA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

İlkin məlumata görə, iki işçi həyatını itirib.

Hadisə yerinə çox sayda xilasedici və təcili yardım briqadaları cəlb olunub.