Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə start verib

4 Oktyabr 2025 12:37 (UTC+04:00)

Azərbaycan millisinin daha bir boksçusu Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatına qələbə ilə başlayıb. SİA xəbər verir ki, millinin üzvü Məhəmməd Cəfərov (+90 kq) 1/8 finalda Nikolas Saleki (Çexiya) mübarizədən kənarlaşdırıb.

Boksçu döyüşün taleyini ilk raundda həll edib. O, yerli idmançıya tam üstünlüklə qalib gəlib.

Cəfərov 1/4 finalda ilk mərhələdən azad olan Oleksander Slyesariyevlə (Ukrayna) döyüşəcək. Görüş oktyabrın 5-də olacaq.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.