Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən idmançımız Arina Kaluqina Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən "Denis Ten Memorial Challenger" seriya yarışında çıxışı zamanı +2.91 ball toplayaraq "Dördlü Salxov" üzrə son olimpia rekordunu yeniləyib. SİA xəbər verir ki, təmsilçimiz sərbəst proqram üzrə çıxışı zamanı öz uğurlu perfonması ilə sonuncu dəfə rekorda imza atan Yaponiyalı idmançı Mao Şimadanı geridə qoyub.
Seriya yarışında Arina 13 ölkədən olan 20 idmançı arasında 167.24 xal toplayaraq yekun nəticədə bürünc medala sahib olub.