“Zirə” – “Neftçi” oyununda qalib müəyyənləşməyib...

3 Oktyabr 2025 22:28 (UTC+04:00)

Misli Premyer Liqasında VII tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçında “Araz-Naxçıvan” “İmişli” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda isə “Zirə” öz meydanında “Neftçi” ilə qarşılaşıb. Bu matçda qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib - 2:2.

Qeyd edək ki, turun digər oyunları oktyabrın 4-5-də keçiriləcək.