Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var

3 Oktyabr 2025 21:49 (UTC+04:00)

Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Xəstəxanaya qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər (kişi cinsli) daxil olub.

Həkim briqadası yaralıların hər birini ilkin müayinədən keçirib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Hadisə ilə bağlı araşdırma başlanılıb, təhqiqat aparılır.