...Ali Radanın keçmiş spikeri Andrey Parubinin qətlində şübhəli bilinən şəxs Rusiya xüsusi xidmət orqanlarının göstərişi əsasında hərəkət edib. O, keçən il işə götürülüb.
SİA xəbər verir ki, bu barədə Telegram-da Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən RBC-Ukrayna məlumat yayıb.
Ukrayna hüquq-mühafizə orqanları aşkar ediblər ki, bir ildən çoxdur ki, şübhəli şəxs Rusiya kəşfiyyat xidmətlərindən tapşırıqlar almağa başlayıb və onların yerinə yetirilməsi barədə düşmənə məlumat verib.
Əvvəlcə bu adam ruslara Müdafiə Qüvvələrinin yerlərini təqdim etdi və həmçinin yanacaq qatarlarının vaxtını və istiqamətini təyin etməyə çalışdı.
...Rusiya kəşfiyyatı agentin daha mürəkkəb tapşırığa hazır olduğunu yoxladıqdan sonra ona Andrey Parubiyə sui-qəsd etməyi tapşırıb və cinayətə hazırlıq işlərini maliyyələşdirib. Təcavüzkar dövlətin əmrini yerinə yetirmək üçün cinayətkar deputatın gündəlik qrafikinə və səyahət marşrutlarına nəzarət edib, - Ukrayna Təhlükəsizlik Xidməti izah edib.
Qatil qətldən sonra qaçış planı hazırlayırmış, lakin hüquq-mühafizə orqanları ehtimal olunan qatilin qaçmasının qarşısını alıb və onu Xmelnitski rayonunda saxlayıblar.
İndi o, dövlətə xəyanətdə ittiham olunur.
Hadisəni törədən şəxs hazırda həbsdədir. Onu ömürlük həbs və əmlakı müsadirə gözləyir.
Parubinin qətli əvvəllər Ukrayna Cinayət Məcəlləsinin 112-ci maddəsi ilə (Ukrayna parlamentinin deputatının həyatına qəsd, ictimai fəaliyyəti ilə əlaqədar) tövsif edilib.
Əli Babayev