Gürcüstanda iki partiya maliyyə vəsaiti və efir vaxtından məhrum olub

3 Oktyabr 2025 18:13 (UTC+04:00)

Sabiq Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası və Mamuka Xazadradzenin “Lelo” partiyası təxribat səbəbindən seçki öncəsi maliyyə yardımı və efir vaxtından məhrum olublar. Onlar konstitusiya quruluşuna hörmət etdikdən sonra həm maliyyə, həm də efir vaxtı ala bilərdilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün hökumət administrasiyasında keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Qaxaria və “Lelo” Gürcüstan dövlətinə, parlamentinə qarşı təxribat törətdikləri üçün həm maliyyə vəsaitini, həm də efir vaxtını itirib.

“Bu, onların seçimidir və bilməlidirlər ki, qanunun təxribata müvafiq cavabı olacaq. Bu, onların seçimidir, demokratiyadır, hətta, təxribatla bağlı da öz seçimini edə bilərlər, lakin bilməlidirlər ki, qanun təxribata adekvat cavab verəcək. Bu halda cavab maliyyə və efir vaxtının itirilməsi oldu”, – deyə Baş nazir bildirib.