Moskva vilayətinin məhkəməsi "Ən güclü cadugərlər imperiyası" okkult təşkilatının lideri Yelena Sulikovanı (Alena Polın) ekstremist ədəbiyyat yaymaqda ittiham edərək ümumi rejimli cəzaçəkmə müəssisəsinə məhkum edib.
SİA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
...Məhkəmə qadını təqsirli bilib və 2 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzaya gpndərib. Hökm hələ qanuni qüvvəyə minməyib...
Bu, məlumatda deyilir.
Sulikova ötən ilin iyununda ekstremizm və dini hissləri təhqir etmək ittihamı ilə həbs edilib.
Müstəntiqlər iddia ediblər ki, “cadugər” Rus Pravoslav Kilsəsinin üzvlərinə qarşı zorakılığa çağıran ekstremist ədəbiyyatı satıb və yayıb.
Digər şeylər arasında, o, şəxsi məsləhətləşmələr, sehrli və cadugərlik üçün kurslar satdı və İvanteyevkada "Beynəlxalq Sehr və Cadugərlik Universiteti"ni açdı.
Əli Babayev