“Azərbaycanın uğurları xalqın birliyi və müəllimlərin zəhməti sayəsində əldə edilir” - Elgin Həbibullayev

3 Oktyabr 2025 16:22 (UTC+04:00)

“Bu gün Azərbaycan cəmiyyətində təhsil, müəllimlərin fəaliyyəti və onların gənc nəsillərin yetişdirilməsində rolu hər zamankindən daha vacibdir. Təhsil sahəsində əldə olunan uğurlar yalnız ölkəmizin deyil, dünyanın hər yerində mürəkkəb proseslər nəticəsində qazanılmış unikal nailiyyətlərdir. Biz xalq olaraq, dövlət olaraq vətəndaşların birliyi və müəllimlərin fədakarlığı sayəsində bu uğurlara nail oluruq. Hər birimizin üzərinə böyük məsuliyyət düşür ki, gələcək nəsillərin inkişafı və Azərbaycanın yeni uğurlarının təmin olunması üçün birlikdə çalışaq” – deyə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev tədbirdə bildirib. SİA xəbər verir ki, Elgin Həbibullayevin çıxışı “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” ilə əlaqədar təşkil olunan tədbirdə səsləndirilib və müəllimlərin cəmiyyət üçün əvəzsiz roluna diqqət çəkilib.