...Elə ondan başlayaq ki, “Ailə ili” elan edilən Rusiyada 2024-cü ildə boşanma sayına görə dünyada üçüncü yeri tutub: hər on nikahdan səkkizi boşanma ilə sonunclanıb.
SİA-nın məlumatına görə,...bizdə yox, Rusiyada aparılan sorğulara görə, boşanmaların əsas səbəbləri maddi sıxıntılar, xəyanət və anlaşılmazlıq olub.
Deməli, “Ailə ili”ndə Rusiya paradoksal vəziyyətlə üzləşdi: boşanmaların sayı rekord həddə çatdı.
Rusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin görə, 2024-cü ildə hər on yeni evliliyə səkkiz boşanma qeydə alınıb ki, bu da ölkəni bu göstəriciyə görə dünyada üçüncü yeri tutur.
Rusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin baş direktorunun müşaviri Yelena Mixaylova bu tendensiyanın “rəsmi nikah institutunun dəyərinin azalması” ilə əlaqələndirib.
Analitiklər ailələri məhv edən bir neçə əsas amili müəyyənləşdirirlər: maddi çətinliklər.
Rusların 38 faizi üçün əsas amil yoxsulluq və ailəni təmin edə bilməməkdir.
Bu səbəb xüsusilə aşağı gəlirli insanlar üçün aktualdır. ...Tərəfdaşın dağıdıcı davranışı. Bu qrupa xəyanət (18 faiz), pis vərdişlər və fiziki zorakılıq daxildir. Eyni zamanda, ruslar evlilik xəyanətinə daha az dözümlü olublar..?
...Ünsiyyət problemləri. Həyat yoldaşları arasındakı anlaşılmazlıqlar, münaqişələr və güzəştə gedə bilməmək bütün səbəblərin 23 faizini təşkil edir.
...FederalPress xəbər verir ki, son araşdırmalar göstərir ki, emosional yadlaşma və ünsiyyətin pozulması çox vaxt gündəlik çətinliklərdən daha əhəmiyyətli amillərdir.
...Bəs bizdə?
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatı əsasında apardığı təhlilə əsasən, son iki (2023 və 2024-cü il) ildə ölkədə nikahların sayında azalma tendensiyası davam edir. Daha dəqiq desək, 2024-cü ildə Azərbaycanda nikahların sayı əvvəlki ilin göstəricilərinə nisbətən 8,7 faiz və ya 4 692 azalaraq 49 508-ə düşüb.
2020-2024-cü illərdə nikaha daxil olma ilə əlaqədar ən yüksək göstəricisi 2022-ci ildə qeydə alınıb və həmin il bu rəqəm 61 939 olub. Ən aşağı rəqəm 2020-ci ildə müşahidə edilib və bu rəqəm 35 348 təşkil edib.
...Və xatırladaq ki, 2020-ci ildə nikah sayının azlığı “COVID-19” pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərlə bağlı olub.
Məlumat üçün bildirək ki, 2024-cü ildə nikahların sayı ilə yanaşı, boşanmaların sayında da azalma qeydə alınıb.
Rəsmi rəqəmlərə əsasən, ötən il boşanmaların sayı 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,4 faiz və ya 304 hal azalaraq 21 384-ə düşüb.
...Deyirəm “maşallah” deyək...göz dəyməsin?...
Nazlı Almuradova