Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə dəyərli müəllimlər, rəsmi şəxslər və rayon ictimaiyyəti iştirak edir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Millət vəkilləri Hikmət Babaoğlu, Samir Vəliyev, Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Rauf Orucov, YAP Mərkəzi Aparatının şöbə müdiri Rəfael Gülməmmədov, ziyalılar, müəllimlər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edir.
Tədbirdə müəllimlərin peşəkarlığı, gənc nəsilin yetişdirilməsindəki rolu və əməyinə göstərilən hörmət xüsusi vurğulanır. Tədbir çərçivəsində təltif və təşəkkür mərasimləri də keçirilir.