Biləsuvarda avtomobillər toqquşub - ölən və xəsarət alanlar var

3 Oktyabr 2025 14:58 (UTC+04:00)

Biləsuvar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" və "Mersedes" markalı minik avtomobillərinin toquşması nəticəsində ölən və yaralalanların olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.