III MDB Oyunları: Qəbələdə daha bir futbol matçı keçirilib

3 Oktyabr 2025 14:32 (UTC+04:00)

III MDB Oyunları çərçivəsində daha bir futbol matçı keçirilib. SİA-nın məlumatına görə, 5-ci yer uğunda matçda Özbəkistan və Qırğızıstan milliləri üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda baş tutan görüş Özbəkistanın 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Bu gün bürünc medal uğunda matçda Belarus və Tacikistan milliləri üz-üzə gələcək.

Qeyd edək ki, futbol yarışına oktyabrın 4-də yekun vurulacaq. Finalda Azərbaycan və Rusiya milliləri münasibətləri aydınlaşdıracaq.