XI Bakı Beynəlxalq Kitab Sərgisində rəsmi qonaq olan Qətər Dövlətinin stendinin təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Qətərin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani iştirak ediblər.
Nazirlər sərgidə nümayiş olunan stendlərlə tanış olub, ekspozisiyanı gəziblər. Onlara müxtəlif ölkələrin ədəbiyyat və mədəniyyət nümunələri haqqında ətraflı məlumat verilib.