Fulya Öztürk “Türk Dünyasına Xidmət” mükafatına layiq görüldü

3 Oktyabr 2025 14:18 (UTC+04:00)

"CNN Türk"ün xüsusi xəbərlər müdiri Fulya Öztürk Qarabağ müharibəsini yerində işıqlandıraraq və Türk dünyasına dair hazırladığı reportajlarla diqqət mərkəzinə düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, o, Türk Ədəbiyyatı Fondu tərəfindən keçirilən mərasimdə “Türk Dünyasına Xidmət” mükafatına layiq görülüb.

Mükafatı fondun sədri Serhat Kabaklının əlindən alan jurnalist tədbirdə Türk dünyasına dair təəssüratlarını bölüşüb.

Tədbirdə həmçinin 2023-cü ildə vəfat edən Türk dünyasının görkəmli nümayəndəsi Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva, eləcə də alim və yazıçılar iştirak ediblər.