“Ordunun səsi” radiosu oktyabrın 3-dən etibarən hər həftənin 5 günü səhər saat 09:00-dan 14:00-dək yutub kanalında canlı yayımlanacaq. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.
Şənbə və bazar günləri isə radionun təkrar yayımının olacağı bildirilib.