Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, dövlətimizin başçısı məktubunda bu yaxınlarda İraq Prezidenti ilə Nyu-Yorkda keçirdiyi görüşü, apardığı fikir mübadiləsini yüksək qiymətləndirib.
“Əminəm ki, Azərbaycan-İraq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.