Azərbaycan Premyer Liqasında VII tur 2 oyunla başlayır

3 Oktyabr 2025 10:37 (UTC+04:00)

Bu gün Misli Premyer Liqasında VII tura start veriləcək. SİA xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Araz-Naxçıvan" "İmişli" klubunu qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

Digər oyunda isə "Zirə" öz meydanında "Neftçi" ilə qarşılaşacaq. Matçın start fiti saat 19:30-da səslənəcək.

Qeyd edək ki, turun digər oyunları oktyabrın 4-5-də keçiriləcək.