Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışları davam edir. SİA-nın bölgə müxbiri xəbər verir ki, kamandan oxatma yarışlarının ikinci gününə 1/8 final mərhələsində ilk olaraq oğlan idmançılar mübarizəyə qoşulublar.
Rusiya təmsilçisi Ali Lobashev və Azərbaycanı təmsil edən Sərdar Vəliyev 5-ci hədəfdə qüvvələrini sınayır. Digər qarşılaşma isə Azərbaycanlı oxçu Nurlan Rəhimli və Qırğızıstan idmançısı Lutfullakh Altybaev arasında 7-ci hədəfdə davam edir.
Oğlanların 1/8 final mərhələsi yekunlaşdıqdan sona qız idmançılar mübarizə aparacaq . Azərbaycan təmsilçisi Nilufər Ağaməmmədli 4-cü hədəfdə rusiyalı Mariia Taraiarova ilə qarşılaşacaq. 5-ci hədəfdə isə rusiyalı Aleksandra Tsydenova və Azərbaycanlı Sümeyyə Bədəlli mübarizə aparacaq. 6-cı hədəfdə isə özbək idmançısı Bibihojar Yuldosheva ilə Azərbaycan təmsilçisi Fatimə Hüseynli qarşılaşacaq.