Massaçusets Universitetinin alimləri onun bioloji xüsusiyyətlərini təqlid edən, həqiqi neyron kimi fəaliyyət göstərən süni neyron hazırlayıblar.
Neyron Geobacter sulfurreducens bakteriyasının zülal nanotellərinə əsaslanan memristordan istifadə edərək enerji sərfiyyatını 60 mV və 1,7 nA-a qədər azaldır.
Bu, əvvəlki analoqlardan 10 dəfə daha səmərəlidir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Newatlas xəbər verir.
Neyron 0,2-37 pJ enerji ilə impulslar yaradır və norepinefrin kimi kimyəvi siqnallarla tənzimlənən tezlik reaksiyası nümayiş etdirir.
Kardiyomiyositlərə qoşulduqda, normal fəaliyyəti dəyişikliklərdən fərqləndirən elektrik siqnallarını real vaxtda qeyd edir.
Prototip enerjiyə qənaət edən sensorlar yaratmaq, hüceyrələrə, dərman reaksiyalarına nəzarət etmək və zədələnmiş sinir dövrələrini təmir etmək üçün istifadə edilə bilər.
Gələcəkdə belə neyronlar beyin-maşın interfeyslərini təkmilləşdirəcək və bioloji sistemlər əsasında kompüterlər yaradacaq.
Daha əvvəl bildirilmişdi ki, Prinston Universitetinin alimləri onlayn modelləşdirmə mütəxəssisləri, nevroloqlar və qabaqcıl süni intellektin (AI) səylərini birləşdirərək meyvə milçəyində 139 255 neyron və onların 50 milyon sinaptik əlaqələrinin hər birinin xəritəsini yaradıblar.
Nazlı Almuradova